Ətraf mühitin çirklənməsi problemlərinin həlli yolları
Ekologiya yunan sözü olub, mənası "Oykos" - ev, təsərrüfat, "loqos" - elm deməkdir. E. Hekkelin bu elmə bu adı verməsinin doğru olduğu isbat edilmişdir. Çünki canlıları onları əhatə edən aləmdən ayırmaq düzgün deyil.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir: meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.
Azərbaycan Respublikasının ərazisi zəngin
floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün
bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır.
Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920
cinsdə birləşir.
HEYVANAT ALƏMİ
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.
Respublika ərazisndə 97 növ məməli, 357
növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən
çox onurğasız heyvan növü məlumdur.
Azərbaycan Respublikasının "Qırmızı
kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ
amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.
Ekoloji problemlərin həlli yolları
Dünyanın əksər
ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə
yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmək olar.
1.
Birinci
qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və
emalı, torpaqların rekultivasiyası aiddir.
2.
İkinci
qrupa təbiəti qoruyan, prinsipcə yeni texnologiyanın işlənib hazırlanması və tədbiq
edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal
etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir.
3.
İnsanların
yaşadığı təbii
mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal
sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi,
əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən
çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər,
tikinti materialları aiddir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf
mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda
belə bir siyasət bəzi inkişaf etməkdə olan ölkələrdə (İEÖ) aparılır. Dünyanın
ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli
işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan
səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat ( YUNEP)yaradılmışdır.
Комментарии
Отправить комментарий